EN

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan

Bakı, 6 sentyabr, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Milana Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 20 yaşlı müdafiəçi “Ünye” komandasına keçib.

Ötən mövsüm “Neftçi”nin formasını geyinən oyunçu ilə bağlanan sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Ünye” klubu Azərbaycan yığmasının digər futbolçusu Vüsalə Hacıyevanın da transferi ilə bağlı razılığa gəlib. Onunla yaxın günlərdə müqavilə imzalanacaq.

 

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
3
azertag.az

4Sources