EN

Londonda II Elizabetə abidə qoyulacaq

Böyük Britaniya kraliçası II Elizabetin (1952-2022) anadan olmasının 100 illiyi münasibətilə 2026-cı ildə Londonun mərkəzindəki Sent Ceyms Parkında abidəsi açılacaq.

Yenisabah.az “The Daily Mirror”a istinadla xəbər verir ki, abidənin yaradılması üzərində əlahəzrətin keçmiş şəxsi katibi Robin Cenvrinin rəhbərlik etdiyi xüsusi komitə işləyir. Sent Ceyms Parkda abidənin ucaldılması planlarının gələn həftə sonu - kraliçanın ölümündən düz 2 il sonra rəsmən elan ediləcəyi gözlənilir.

II Elizabet 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Britaniya tarixində ən uzun padşahlıq edib - 70 il 7 ay. Onun böyük oğlu şahzadə Çarlz III Çarlz adını alaraq yeni monarx olub. vakansiya


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
108
3
yenisabah.az

4Sources