EN

KXDR-in pilotsuz təyyarələrə qarşı sistemi bütün Cənubi Koreyada tətbiq olunur

Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyadan gələn təhdidlərə qarşı mübarizə aparmaq üçün ölkə daxilində inteqrasiya edilmiş əks-dron sistemi yerləşdirir.

“Report”un məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.

“Şimali Koreyanın kiçik pilotsuz uçuş aparatlarının yaratdığı təhdidlərə cavab vermək üçün böyük, həssas yerlərdə inteqrasiya edilmiş əks-dron sistemi yerləşdirilir”, - agentlik Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsündən sitat gətirib.

Qeyd edilir ki, sistem müxtəlif avadanlıqlardan, o cümlədən radardan və pilotsuz uçuş aparatların siqnallarını söndürən vasitələrdən ibarətdir. Bu, ona dronları aşkarlamağa, izləməyə və məhv etməyə imkan verir.

İlkin olaraq 20-yə yaxın sistemin yerləşdirilməsi planlaşdırılır.

2022-ci ilin dekabrında Şimali Koreyanın 5 pilotsuz uçuş aparatı sərhədi keçin, onlardan biri Seula çatıb. Cənubi Koreya ordusu bu dronların heç birini tuta bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
3
report.az

10Sources