AZ

Cənubi Koreya və ABŞ Şimali Koreyanın təhdidlərinə qarşı müzakirələr aparacaq

Cənubi Koreya və ABŞ nazir müavinləri gələn həftə Vaşinqtonda danışıqlar aparmaq üçün görüşəcəklər.

Gundem.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Seulun Xarici İşlər Nazirliyi bildirib ki, Cənubi Koreya və ABŞ gələn həftə Vaşinqtonda Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı çəkindirmə səyləri üzrə nazir müavinləri danışıqlar aparacaqlar.

Danışıqlarda xarici işlər nazirinin birinci müavini Kim Honq Kyun, Cənubi Koreyanın müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Ço Çanq Re , ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonnie Jenkins və müdafiə nazirinin siyasət üzrə müavini vəzifəsini icra edən Cara Abercrombie iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
27
gundem.az

10Mənbələr