EN

“Bayden oğlunu əfv etmək fikrində deyil” – Ağ Ev


“ABŞ Prezidenti Co Bayden azı 1,4 milyon dollar vergidən yayınmaqda ittiham olunan oğlu Hanteri əfv etmək niyyətində deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlərlə söhbətində deyib.
“Xeyr, hələ də yox”, - o, müvafiq suala cavab verərkən bildirib.
Ağ Evin sözçüsü Hanter Baydenin günahını etiraf etmək niyyətinə görə cəzasının yüngülləşdirilməsi ehtimalını da rədd edib. Eyni zamanda, Jan-Pyer Amerika liderinin oğlunun vergidən yayınmada günahını etiraf etmək qərarının Co Baydenin seçki yarışından geri çəkilməsi ilə bağlı olub-olmadığını izah etməkdən imtina edib.
Qeyd edək ki, Bayden daha əvvəl qeyd etmişdi ki, başqa bir işdə - silah pozuntusunda təqsirli bilinən oğlu Hanterə əfv vermək niyyətində deyil. Onu 25 ilə qədər həbs cəzası gözləyə bilər.
Xatırladaq ki, 2023-cü il dekabrın əvvəlində Hanter Bayden vergidən yayınmaya görə ittiham edilib. Prokurorlar hesab edirlər ki, prezidentin oğlu vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə milyonlarla dollar xərcləyib. Onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.
Kiçik Baydenin vergidən yayınma işi bir neçə ay gecikdirilir, çünki Hanter Bayden silah daşıma pozuntusunda da ittiham olunur. İyunun 11-də münsiflər heyəti onu ABŞ Ədliyyə Nazirliyinin irəli sürdüyü hər üç maddə üzrə təqsirli bilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
36
yeniavaz.com

10Sources