AZ

Bayden Tramp-Harris debatını bu şəhərdən izləyəcək

ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədlər Kamala Harris və Donald Trampın ilk debatını Nyu-Yorkdan izləyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer açıqlama verib. Onun sözlərinə görə, Bayden 11 sentyabr hadisələrinin ildonümü ilə bağlı Nyu-Yorkda səfərdə olacaq.

Qeyd edək ki, sentyabrın 10-da yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 11 sentyabr saat 05.00) "ABC Nyus" kanalında Kamala Harris və Donald Trampın ilk debatı təşkil olunacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
36
milli.az

10Mənbələr