EN

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Pokrovska istiqamətində irəliləməsini dayandırıb - Sırski

Ukrayna silahlı qüvvələri Pokrovsk yaxınlığında rus ordusunun irəliləyişini dayandırıb. Orada Ukrayna ruslar tərəfindən terror yaşayıb.

Qaziler.az bildirir ki, bunu CNN-ə müsahibəsində  Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.

Onun sözlərinə görə, Pokrovski istiqaməti Ukraynanın şərqindəki müharibənin episentri olub. Bununla belə, Sırski bildirib ki, Ukrayna qoşunları Rusiyanın irəliləyişini dayandıra bilib.

“Son altı gündə düşmən Pokrovski istiqamətində bir metr irəliləməyib, başqa sözlə, bizim strategiyamız işləyir”.

O qeyd edib ki, Ukrayna rusları manevr imkanlarından məhrum edə və qüvvələrini başqa istiqamətə yönəldə bilib

"Bu zəifləmə, şübhəsiz ki, digər sahələrdə də hiss olunur. Qeyd edirik ki, artilleriya hücumlarının sayı, eləcə də hücumun intensivliyi azalıb", - o deyib.

QAZİLER.AZ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
123
11
qaziler.az

10Sources