AZ

"Putini kim devirə bilər?" - ABŞ ordusunun sabiq komandanı

"Rusiyanın məğlubiyyəti Qərbin strateji məqsədi olmalıdır..."
 
ABŞ ordusunun sabiq komandanı, general-leytenant Ben Xoces hesab edir ki, Qərbin sanksiyaları Rusiya prezidenti Vladimir Putinin çöküşündə həlledici amil ola bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "mignews.com" nəşri yazıb.
 
Onun sözlərinə görə, Ukraynada müharibəyə son qoyulmasa, Kreml diktatorunun ən yaxın ətrafında iqtisadi məhdudiyyətlərdən narazı olan oliqarxlar onu hakimiyyətdən məhrum edə bilər.
 
"The Sun" nəşrinə müsahibəsində Xoces qeyd edib ki, tətbiq edilən sanksiyalar rusiyalı oliqarxları xaricə getməkdən və dondurulan aktivlərdən istifadə etməkdən məhrum edib.
 
Bu, beynəlxalq sövdələşmələrin pozulmasına və onların sərvətinin xeyli hissəsinin itirilməsinə gətirib çıxarıb. Xoces güman edir ki, oliqarxların pulları qurtaran kimi onların Putinə loyallığı da yoxa çıxacaq.
 
"Hansısa məqamda Putinin yaxın ətrafı sanksiyalardan yorulacaq. Onlar öz sevimli yerlərinə gedə bilməyəcək, övladlarını elit məktəblərə göndərə bilməyəcək, bu da onların hərəkətləri üçün tətik ola bilər", - Xoces bəyan edib.
 
General həmçinin Rusiyaya bundan sonra da diplomatik, iqtisadi və siyasi təzyiqin vacibliyini vurğulayıb. Onun fikrincə, Rusiyanın məğlubiyyəti Qərbin strateji məqsədi olmalıdır.
 
Xoces istisna etmir ki, rusiyalılar arasında Putinə narazlıq güclənə bilər. Seçkilərdə yüksək dəstəyə rəğmən, Rusiya prezidentinə etimad zəifləyərsə, bu, ölkədə siyasi dəyişikliklərə gətirib çıxaracaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
moderator.az

10Mənbələr