EN

Harris Trampı qabaqlayr - SORĞU

ABŞ-nin vitse-prezidenti Kamala Harris nəticələri tez-tez prezident seçkilərinin taleyini həll edən əsas ştatlar adlanan ştatlarda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı bir qədər qabaqlayır. 

“Cebheinfo.az” xəbər verir ki, bunu dərc olunmuş CNN/SSRS sorğusu sübut edir.

Sorğunun nəticələrinə görə, Harris Viskonsin, Corciya, Miçiqan və Nevada ştatlarında liderlik edir, lakin onun üstünlüyü statistik həddi daxilində və ya ondan qismən kənardadır.

Pensilvaniyada hər iki namizəd 47% səsə malikdir, Arizona ştatında isə Tramp Harrisdənə 5 faizlə öndədir.

Bütün əsas ştatlarda seçicilər respublikaçı namizədə iqtisadiyyat və immiqrasiya məsələlərində daha çox etibar edirlər. Lakin Harris demokratiya, abort və reproduktiv hüquqların qorunması məsələlərində Trampı qabaqlayır.

Bundan əlavə, əsas ştatlarda ABŞ seçicilərinin yarıdan çoxu Trampın fikirlərinin və siyasətlərinin həddindən artıq ifrat olduğunu bildirib. 

Respondentlərin yarısından az hissəsi Harris haqqında bunu deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
50
cebheinfo.az

10Sources