EN

COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verilib

Bakı. Trend:

COP29 ilə əlaqədar elektron viza portalını istifadəyəverilib.

Trend xəbər verir ki, bubarədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının(UNFCCC) katibliyindən bildirilib.

Məlumata görə, hökumət rəsmi elektron vizalar portalı, eləcə dəAzərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri vəkonsulluqları vasitəsilə xüsusi giriş vizaları verəcək.

COP29 vizası, rəsmi elektron vizalar portalında və ya diplomatiknümayəndəliklərdə tam onlayn müraciət təqdim edildikdən sonra üç işgünü ərzində verilir.

Qeyd edək ki, 25 sentyabr tarixində Azərbaycan BMT-nin 79-cu BaşAssambleyasında Qlobal İqlim Şəffaflığı üzrə Yüksək SəviyyəliDialoq təşkil edəcək.

Noyabr ayında Azərbaycanda keçiriləcək BMT İqlim DəyişikliyiKonfransının (COP29) 29-cu sessiyası haqqında qərar ötən ilindekabrında Dubayda keçirilmiş COP28 plenar iclasında qəbuledilmişdi. Bakı 2 həftə ərzində təxminən 70-80 min xarici qonağıqəbul edəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci iliniyununda Rio-de-Janeyroda keçirilmiş Yer kürəsi Sammitindəimzalanmış, iqlim sisteminə insan müdaxiləsini önləmək məqsədinigüdür. COP (Conference of Parties) "Tərəflər konfransı" deməkdir vəÇərçivə Konvensiyasının həyata keçirilməsini nəzarət edən ən yüksəkqanunverici orqandır.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin başqa birhəlli yoxdursa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilmart ayında Berlin şəhərində keçirilib və katibliyi Bonn şəhərindəyerləşir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
47
az.trend.az

6Sources