EN

"Azərpoçt"da 6 aydan çox qalan bağlamalar satılır? - RƏSMİ AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərpoçt" MMC adından istifadə edilərək vətəndaşlar aldadılır.
Oxu.Az xəbər verir ki, bu barədə MMC məlumat yayıb:
"Sosial kanallarda yaradılmış saxta "Azərpoçt" səhifəsindən paylaşım edilərək itirilən, eləcə də, 6 aydan çox poçt şöbəsində qalan bağlamaların simvolik qiymətə - 2,28 AZN-ə satıldığı bildirilir. Kiçik məbləğə böyük hədiyyələr vəd verən paylaşımda sifariş üçün vətəndaşlardan linkə keçid etmələri xahiş olunur.
Heç bir halda bu kimi paylaşımlara güvənməyin və linklərə daxil olaraq fərdi kart məlumatlarınızı bölüşməyin.
"Azərpoçt" heç bir zaman sahibsiz bağlamaları satışa çıxarmır!
Həmçinin "Azərpoçt"la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, vətəndaşlardan dərhal "Azərpoçt"un 169 Çağı Mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
106
50
oxu.az

10Sources