EN

"Rusiya Zəngəzur yolunun açılmasına razılıq verməklə İranın yolunu bağlayır" - iranlı siyasətçi

Image

"İran Əhatəli Razılaşma Müqaviləsi ilə bağlı maraqlarını Rusiyanın Ukraynadakı mənafeyinə qurban verdi."  İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) teleqram kanalında yer alan məlumata görə, bu barədə İran parlamenti Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü, İranda nüfuzlu siyasətçi, politoloq, jurnalist kimi tanınan Heşmətullah Əli Fəlahətpişe bildirib.
Onun sözlərinə görə, Rusiya Zəngəzur yolunun açılmasına razılıq verməklə İranın yolunu bağlayır: "Keçmiş prezident İbrahim Rəisi İranın nüvə sazişi ilə bağlı maraqlarını Rusiyanın Ukraynadakı mənafeyinə qurban verdi. İndiki hökumət (Prezident Məsud Pezeşkianı nəzərdə tutur - red.) bu səhvi təkrarlamamalı və Moskva ilə birtərəfli dostluğun tələsinə düşməməlidir. Bu, İranın strateji mövqelərnin zəifləməsinə, milli maraqlarının tapdalanmasına gətirib çıxara bilər”.

Mətləb





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
45
baki-xeber.com

10Sources