EN

İsmayıllıda saxlanılan məmur polkovnik-leytenant imiş

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirib.

Day.Az "Modern.az"a istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində saxlanılan Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantıdır.

Azərbaycanda

Azərbaycanda vəzifəli şəxslərə qarşı ƏMƏLİYYAT

1992-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət etmiş Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.

15 may 2020-ci il tarixindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş mütəxəssis-komendant vəzifəsində çalışıb, 2021-ci ildə İH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
26
day.az

10Sources