EN

Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirilir

BAYRAQDAR MEDİA – Bakıda 21, 51 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.Xəbəri sentyabrın 4-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yayıb.Bildirilir ki, “paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 6 sentyabr tarixindən 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudiyyətlə əlaqədar 21, 51 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ramiz Quliyev, Cavanşir, Ceyhun Həsənov, Aşıq Ələsgər və Vunqtau küçələri, eləcə də Gəncə prospekti ilə təşkil ediləcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
29
bayraqdar.info

10Sources