EN

İmişlidə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

İmişlidə

İmişli, 4 sentyabr , Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda minik avtomobilinin işıq dirəyinə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 18 radələrində İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Cavadxanlı kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobili idarəetmədən çıxaraq dirəyə çırpılıb. Hadisə zamanı xəsarət alan iki nəfər - Abbasov Ümüd Namiq oğlu və Fətullayev Orxan Vüqar oğlu İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
16
azertag.az

10Sources