"Onlar məni anlaya bilsələr, deyəcəklər ki, Bəhram həqiqətən də düz deyir. Şəhərdə tum çırtlayıb yerə tüpürmək olmaz axı, işıqforda söyüş söyüb qışqırmaq olmaz, hələ zibili doqquzuncu mərtəbədən aşağıya atanlar var. Söhbət tək rayondan getmir, heç mən rayon adını da çəkməmişəm. Demişəm ki, insanlar şəhərə gələndə özlərini düzgün aparmırlar", - o qeyd edib.