Dünyanın bir nömrəsi olan italiyalı Jannik Sinner 2024-cü il ABŞ Açıq çempionatının 1/8 finalında amerikalı Tommi Paulu məğlub edib.
Görüş 7:6 (7:3), 7:6 (7:5), 6:1 hesabı ilə başa çatıb. Oyunun müddəti 2 saat 42 dəqiqə olub.
Turnirin 1/4 finalında italiyalı tennisçi rusiyalı Daniil Medvedevlə qarşılaşacaq. Qarşılaşma sentyabrın 4-də baş tutacaq.
Bundan əvvəl Lyudmila Samsonovanın ABŞ Açıq çempionatının dördüncü raundunda İqa Sviatekə uduzduğu bildirilirdi.
DOĞRU.AZ