Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı daha 1360 hərbçisi həlak olub.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb
Bildirilir ki, bununla da Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı 618 min 960 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 10 tank, 18 artilleriya sistemi və 35 zirehli döyüş maşınını məhv edib.
Daşqın HəsənovMissiya.Az