EN

Türkiyə də BRİKS-ə üzv olmaq üçün müraciət edib – KİV


Türkiyə hakimiyyəti bir neçə ay əvvəl BRİKS-ə üzv olmaq üçün müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, bu yolla Türkiyə dünyada nüfuzunu gücləndirməyə və inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə çalışır.
Bundan əlavə, BRİKS-ə maraq Avropa İttifaqına (Aİ) daxil olmaqda irəliləyişin olmaması və NATO müttəfiqləri ilə fikir ayrılıqlarının dərinləşməsi fonunda yaranıb.
“Bloomberg”in məlumatına görə, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Qərb geosiyasi mərkəz mövqeyini itirir və çoxqütblü dünyanın müxtəlif oyunçuları ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır.
Agentliyin məlumatına görə, birliyin genişləndirilməsi məsələsinə oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS-in qarşıdan gələn sammitində baxıla bilər.
Qeyd edək ki, BRİKS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2011-ci ildə birliyə Cənubi Afrika qoşulub. 1 yanvar 2024-cü ildə isə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya BRİKS-in tamhüquqlu üzvü olublar.
Xatırladaq ki, avqustun sonunda Azərbaycan da BRİKS-ə qoşulmaq üçün rəsmi ərizə təqdim edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
189
49
yeniavaz.com

10Sources