EN

Braziliya məhkəməsi X sosial şəbəkəsini bloklamağa söz verib

...Braziliya Ali Məhkəməsinin hakimi Aleksandr de Moraes ölkədə rəsmi nümayəndə təyin etmədiyi təqdirdə X sosial şəbəkəsinin 24 saat ərzində bloklanmasını əmr edib.

Bundan əvvəl sosial şəbəkə hakimiyyəti senzurada ittiham edərək, Braziliyadakı ofisini bağladığını açıqlamışdı. Braziliya qanunu internet xidmətlərinin səlahiyyətlilərlə qarşılıqlı əlaqədə olması üçün rəsmi nümayəndələrin olmasını tələb edir.

Avqustun ortalarında X, ölkədəki ofisini bağladığını elan etdi. Xidmətin sahibi İlon Mask xüsusilə qeyd edib ki, hakimiyyət platforma yerli qaydalara uyğun gəlməyəcəyi təqdirdə sosial şəbəkənin nümayəndəsini həbs etməklə hədələyir.

Aprel ayında Braziliya məhkəmə qərarı ilə X-ə bir neçə məşhur hesabı silməyi əmr etdi. Xidmətin rəsmi nümayəndəsi bu tələbləri Braziliya konstitusiyasına zidd adlandırıb.

Mask daha sonra məhkəmənin qərarına tabe olmayacağını bildirib.

Bundan sonra Braziliyada Aleksandr de Moraes-in təşəbbüsü ilə Maska qarşı istintaq başladılıb. İş adamı Moraesi Braziliya konstitusiyasına və xalqına xəyanətdə günahlandırıb və onu istefaya çağırıb.

Əli Babayev

Chosen
154
50
sia.az

10Sources