EN

"Qalatasaray" rəsmisi: "Avropa Liqasında motivasiya olmalıyıq"

"Bura gəlib televiziya qarşısında bizə dəstək olan azarkeşlərimizdən üzr istəyirik. Onlara fərqli bir matç göstərmək və UEFA Çempionlar Liqasında yola davam etmək istərdik. Olmadı".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Qalatasaray"ın  İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə "Yanq Boyz"a 1:0 hesabı ilə məğlubiyyətdən danışarkən deyib.

O, məğlubiyyətə görə təəssüfləndiklərini təkrar-təkrar dilə gətirib: "Artıq özümüzü UEFA Avropa Liqasında motivasiya etməliyik".

2-3 transfer həyata keçirməyə çalışdıqlarını qeyd edən Hatipoğlu deyib ki, transfer pəncərəsinin bağlanmasına az vaxt qalıb: "Proses son mərhələyə çatıb. Vaxt olduqca qısadır. Çoxdan planlaşdırıldığı kimi, 3 bölgəyə transfer etməyi hədəfləyirik".

Fərid Aslan

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
92
30
mia.az

10Sources