AZ

"Qalatasaray"ın oyunçusu üzr istədi: “Ölkəmizə yaraşanı edə bilmədik”

“Ölkəmizə yaraşanı edə bilmədik”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Yanq Boys"a 1:0 hesabı ilə uduzan və bununla da yarışla vidalaşan "Qalatasaray"ın futbolçusu Kərəm Demirbay deyib.

O, məğlubiyyətə görə şox üzgün olduqlarını gizlətməyib: "Qalib gələ bilmədik, üzr istəyirik. "Qalatasaray" və ölkəmizə yaraşanı edə bilmədik. Ölkəmizi və "Qalatasarayı" bu liqada təmsil etmək istədik, amma bacara bilmədik. UEFA Avropa Liqasında əlimzdən gələni edəcəyik".

Fərid Aslan

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
30
mia.az

1Mənbələr