Efiopiyanın Amhara əyalətinin Qondar bölgəsində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.Sürüşmə nəticəsində 23 nəfər ölüb, 8 nəfər xəsarət alıb.2700 nəfər evlərini tərk etmək məcburiyyətində qalarkən, təxminən 2 min hektar əkin sahəsi dağılıb.Vilayət rəhbərliyi sürüşmə nəticəsində zərər çəkənlərə yardım işlərinə başlayıb.Efiopiya Meteorologiya İnstitutu güclü yağışlar səbəbindən sürüşmə riskinin artacağı ilə bağlı xəbərdarlıq edib.Mənbə: AA