AZ

Bu ölkədə torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb

Efiopiyada torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb.

"Cebheinfo.az" xəbər verir ki, Amhara əyalətinin Qondar bölgəsində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

Sürüşmə nəticəsində 23 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

2700 nəfər evlərini tərk etmək məcburiyyətində qalarkən, təxminən 2 min hektar əkin sahəsi yararsız hala düşüb.

Bölgə rəhbərliyi sürüşmə nəticəsində zərər çəkənlərə yardım işlərinə başlayıb.

Efiopiya Meteorologiya İnstitutu güclü yağışlar səbəbindən sürüşmə riskinin artacağı ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, avqustun 24-də də Efiopiyanın Tiqray bölgəsində torpaq sürüşməsi nəticəsində 10 nəfər həlak olmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
5
cebheinfo.az

6Mənbələr