EN

Əli Məsimli Qax seçiciləri ilə bir arada - FOTO

1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbligat-təşviqat kompaniyası çərcivəsində 113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əli Məsimlinin seçicilərlə nöbvəti görüşü avqustun 26-da Qax rayonunun Uzuntala, İngiloy Kötüklü və İbaxlı kəndlərində olmuşdur.


Əvvəlcə  Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Əli Məsimli seçkiqabağı platformasının əsas məqamları,fəaliyyəti dövründə hazırladığı qanun layihələri və digər sənədlər  barədə məlumat verdi. Bildirdi ki, bir sıra qanunlara dəyişikliklərlə bağlı layihələrin üzərində işləyir və etimad göstərildiyi təqdirdə onların üzərindəki işləri tamamlayıb təqdim edəcək.


Əli Məsimli bildirdi ki, Azərbaycanın xarici siyasətində bütün maraqlı ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalılıq prinsiplər əsasında əməkdaşlıq xüsusi yer tutur. Bu kontekstdə son vaxtlar Azərbaycanın qardaş ölkələrlə əlaqələrinin geniş vüsət alması daha çox diqqət çəkir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri zamanı əldə olunan nəticələr iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsinin dərinləşməsi və yeni mərhələyə daşımmasında mühüm rol oynayacaq.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması xüsusi əhəmiyyət kəsb edir.


Müttəfiqlik münasibətləri  haqqında müqavilənin qüvvəyə minməsi Azərbaycan-Özbəkistan münasibətlərinin yeni dövrün reallıqlarına uygun miqyasda və sürətlə inkişafına təkan verəcək.


Azərbaycanla Özbəkistan həm də beynəlxalq iqtisadi layihələri birgə həyata keçirməyə başlayıblar. İki ölkə arasında enerji,nəqliyyət və tranzit sahələrindəki əlaqələrin inkişafı dövlətlər arasındakı əlaqələri yaxınlaşdırmaqla yanaşı, iqtisadi baxımdan da hər iki tərəf üçün faydalı olacaq.


İki ölkə arasında  arasında ümumi dəyəri 520 milyon dollar olan 7 birgə layihənin bir hissəsi Azərbaycanda həyata keçiriləcək və ölkəmizdə qeyri-neft sektorunun inkişafında  mühüm əhəmiyyətə malik olan tekstil sənayesinin genişlənməsinə real təkan verəcək.Bunlar sözü gedən sahənin timsalında ölkəmizdə idxalı əvəz edən məhsulların istehsalının genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və.s baxımdan çox prespektiv addımlardır.


Görüşdə seçicilərin sualları və qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb və müraciətlər qeydə alınıb.

Chosen
116
20
modern.az

10Sources