EN

Zamiq Əliyev “Laçi” üzərində qələbəyə sevindi

Azərbaycanın U-21 millisinin sabiq mərkəz müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 2-ci turu çərçivəsində “Laçi” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutan bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Meydan sahibləri hər hissədə bir qol vurublar. Qonaqların gücü yalnız matçın sonlarında vurduqları təsəlli qoluna çatıb.

Əliyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Eqnatiya” 2 turdan sonra 10 komandanın mübarizə apardığı Albaniya çempionatında liderdir.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu yay “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 6 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.

“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Chosen
24
4
arena.az

8Sources