Türkiyə mətbuatı “Ankaragücü” ilə anlaşan Renat Dadaşovdan yazıb.
Sportinfo.az xəbər verir ki, “YURTSPOR” portalı paytaxt təmsilçisinin azərbaycanlı hücumçusuna diqqət çəkib:
“Yenicə “Ankaragücü”yə keçən azərbaycanlı hücumçu Renat Dadaşovun start heyətində meydana çıxacağı gözlənilir.
Yoldaşlıq görüşlərində Riad Bajiçdən istədiyini ala bilməyən komanda məşqçisi Cihat Arslan Dadaşova şans verəcək".
Renat I Liqa klubu ilə 2 illik müqavilə imzalayıb. O, "Qrasshopper"dən transfer olunub.