AZ

İngiltərə klubunun təklifini qəbul etdi - Türkiyəli müdafiəçi

“Fənərbaxça”nın sol cinah müdafiəçisi Fərdi Kadıoğlu İngiltərə klubunun təklifini qəbul edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu “Brayton”la şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Lakin İngiltərə klubu hələ də “Fənərbaxça” ilə təzminat məbləği ilə bağlı razılığa gələ bilmir. Kadıoğlu özü İngiltərədə tibbi müayinədən keçmək üçün klubların öz aralarında razılaşacağı anı gözləyir.

24 yaşlı müdafiəçi Almaniyada keçirilən son Avropa çempionatında Türkiyə yığmasının əsas oyunçularından biri olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
sportinfo.az

10Mənbələr