“Azərkəndtikinti” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri, keçmiş millət vəkili, Əməkdar mühəndis, Prezident təqaüdçüsü Litvin Abbasov vəfat edib.
Medianews.az-a bu barədə mərhumun ailəsindən məlumat verilib.
Qeyd olunub ki, qocaman mühəndis bu gün dünyasını dəyişib.
Mərhumla vida mərasimi sabah Təzə Pir Məscid kompleksində olacaq.
Allah rəhmət eləsin.
Vüqar MƏMMƏDOV