EN

Qərbi Azərbaycan Xronikası: "Qız ərə getdiyi gündən başına dingə qoyurdu" - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş yayımlanıb.

Budəfəki veriliş türk geyim mədəniyyətinə həsr olunub. Proqramın qonağı olan filologiya üzrə fəlsəfə doktoru Ləman Vaqifqızının sözlərinə görə, türk geyim mədəniyyəti böyük tarixi zənginliyə sahibdir.

"Bu cür zəngin mədəniyyətin zəngin də geyim kolleksiyası var. Təkcə bir faktı deyim ki, "Divanü lüğət - it - türk" əsərində 216 geyim terminindən istifadə olunub və onlar dörd başlıqda qruplaşdırılıb".

L.Vaqifqızı bildirib ki, türk geyim mədəniyyətinin bir qolu da Azərbaycan türklərinin geyim mədəniyyətidir:

"Konkret olaraq Qərbi Azərbaycan haqqında danışdıqda hər geyimin öz simvolik məzmunu var. Yəni geyimə baxanda qarşımızıdakı insanın evli, subay, yaxud dul olması, eyni zamanda yaşlı olması və s. müəyyənləşdirilə bilər. Qərbi Azərbaycanda əsasən yundan hazırlanan geyimlər üstünlük təşkil edirdi. Burada baş geyimlərinin rəmzi mənaları türk kimliyinin göstəricisidir. Baş geyimlərindən dingəni qeyd etmək istərdim. Qız ərə getdiyi gündən başına dingə qoyurdu".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
115
50
baku.ws

10Sources