EN

Fransada sinaqoqun yaxınlığında partlayış baş verdi – Hakimiyyət terror adlandırdı


Fransanın cənubundakı La Qrand Mott kurort şəhərində sinaqoqun yaxınlığında partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində bir polis əməkdaşı yaralanıb.
Polisin bildirdiyinə görə, avqustun 24-də səhər saatlarında sinaqoqun yaxınlığında iki avtomobil onlardan birinin içərisində qaz balonu partladıqdan sonra yanıb. Sinaqoqun girişində də başlayan yanğın tez bir zamanda söndürülüb. Nəticədə binanın iki qapısı sıradan çıxıb.
Fransız media mənbələri yanğın törətdiyi iddia edilən şəxsin kameraya düşdüyünü bildirib. Onun yanında Fələstin bayrağı və tapança olduğu iddia edilir. O, hadisə yerindən qaçıb.
Partlayış Şabat zamanı baş verib. Bu zaman sinaqoqda yalnız ravvin və daha dörd nəfər olub. Onlar xəsarət almayıblar.
Fransa hakimiyyəti baş verənləri terror və antisemitizm aktı adlandırıb.
Ölkədə məktəblər və sinaqoqlar da daxil olmaqla yəhudi müəssisələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
36
yeniavaz.com

10Sources