AZ

Fransada sinaqoq yaxınlığında partlayış baş verib

"Antisemitizmlə mübarizə daimidir, vahid millətin mübarizəsidir..."
 
Avqustun 24-də saat 19:38-də Fransanın cənubunda Lya Qrand-Mott kurort şəhərindəki sinaqoq yaxınlığında partlayış baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "France 24" nəşri məlumat verib. Məlumatı "Meduza" nəşri yayıb.
 
Avqustun 24-də sinaqoq yaxınlığında iki avtomobilin birinin içərisində qaz balonunun partlamasından sonra hər iki avtomobil yanıb, polisin məlumatında deyilir. Yanğın sinaqoqa girişdə başlayıb və tezliklə söndürülüb. Nəticədə binanın iki qapısı zədələnib.
 
Fransa KİV-dəki mənbələr bəyan edib ki, yanğının törədilməsində şübhəli bilinən şəxs videomüşahidə kameralarına düşüb. İddia edilir ki, onun üzərində Fələstin bayrağı və tapança olub. O, hadisə yerindən uzaqlaşıb.
 
Partlayış Şabbat zamanı baş verib. O məqamda sinaqoqda yalnız ravvin və daha dörd nəfər olub. Onlar zərər çəkməyib. Fransa yəhudilər müəssisələri Şurası nümayəndəliyinin rəhbəri Yonatan Arfi partlayışı "yəhudilərin qətlə yetirilməsi cəhdi" hesab edib. Onun fikrincə, partlayışı təşkil edənlər ziyarətçilərin səhər ibadətinə gələcəkləri zaman hücum etməyi planlaşdırıb.
 
Fransa hakimiyyəti baş verənləri terror aktı və antisemitizm aktı adlandırıb. "Bizim düşüncələrimiz Qrand-Mott sinaqoqunu ziyarət edənlər və ölkəmizdə bütün yəhudilərlə birlikdədir. Bu terror aktını icra edənin tapılması və ibadət yerinin müdafiəsi üçün bütün mümkün olanlar edilir. Antisemitizmlə mübarizə daimi mübarizə, vahid millətin mübarizəsidir", - bunu Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində yazıb.
 
Partlayışın tədqiqatı Milli Antirterror Prokurorluğu tərəfindən aparılır. Fransada məktəblər və sinaqoqlar da daxil olmaqla yəhudi müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
36
moderator.az

10Mənbələr