İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri İsmayıl Xətib bu gün \"Camaran\" saytına müsahibəsində HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsində casusların rolunun olub-olmaması barədə sualı cavablandırıb.
\"Azad İran\" \"Telegram\" kanalı xəbər verir ki, nazir İsmayıl Həniyənin və onun mühafizəçilərindən birinin Tehranda qətlini şərh edib və suala belə cavab verib:
\"SEPAH-ın məlumatına görə, Həniyənin öldürülməsində casusların rolu tapılmayıb. Aparılan araşdırmalara əsasən, HƏMAS lideri 7 kiloqram döyüş başlığına malik qısamənzilli mərmi ilə öldürülüb\".