AZ

Həniyənin qətlində casusların rolu olub? - İranın kəşfiyyat nazirindən açıqlama

İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri İsmayıl Xətib bu gün \"Camaran\" saytına müsahibəsində HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsində casusların rolunun olub-olmaması barədə sualı cavablandırıb.

\"Azad İran\" \"Telegram\" kanalı xəbər verir ki, nazir İsmayıl Həniyənin və onun mühafizəçilərindən birinin Tehranda qətlini şərh edib və suala belə cavab verib:

\"SEPAH-ın məlumatına görə, Həniyənin öldürülməsində casusların rolu tapılmayıb. Aparılan araşdırmalara əsasən, HƏMAS lideri 7 kiloqram döyüş başlığına malik qısamənzilli mərmi ilə öldürülüb\".
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
8
azxeber.com

10Mənbələr