Ermənistanın Ararat rayonunun Aintap kəndində yanacaq anbarında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, yanğın yerinə 6 yanğınsöndürmə briqadası cəlb edilib.
Bildirilib ki,yanacaq anbarında baş verən yanğın söndürülüb. Məlum olub ki, yanğına səbəb dizel yanacağının sızması olub.
Bizim.Media