AZ

71 yaşlı kişi Paşinyana alma atdı - VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyana alma atan şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə İrəvanın Kanaker-Zeytun inzibati rayonunda baş verib. Baş nazir həmin ərazidə yaşayan qohumlarından birinin evinə baş çəkərkən 71 yaşlı bina sakini pəncərədən onun başına alma atıb.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
bizim.media

10Mənbələr