EN

Britaniyada elektrik təchizatı və aviauçuşlarda fasilələr yaranıb

Böyük Britaniyada avqustun 23-dən etibarən başlayan “Lilian” fırtınası elektrik enerjisinin kəsilməsinə, uçuşların ləğvinə və musiqi festivallarında fasilələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, şiddətli fırtına nəticəsində on minlərlə insan elektrik enerjisiz qalıb.

İngiltərənin şimal-şərqində, Yorkşir və Linkolnşir bölgələrində 36 min insan işıqsız qalıb. Şimal-qərbdə isə elektrik xətlərinin fırtınadan zərər görməsi səbəbi ilə 15 min evdə elektrik təchizatı dayandırılıb, lakin sonradan bərpa edilib.

Lids festivalının təşkilatçıları güclü külək səbəbi ilə üç səhnəni bağlamaq məcburiyyətində qalıblar. Çeşir bölgəsindəki musiqi festivalında isə girişlərdə gecikmələr yaşanıb.

Cümə günü “British Airways” aviaşirkəti Hitrou hava limanından onlarla uçuşu ləğv edib və ya təxirə salmaq məcburiyyətində qalıb. Güclü külək və yağışın bu gün axşam saatlarına qədər davam edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
3
bakivaxti.az

4Sources