Rusiya Federasiyasının Volqoqrad vilayətində ciddi rejimli koloniyasının (İK-19) bir neçə islamçı məhbusu bir neçə mühafizəçini əsir götürərək onlardan ən azı birini öldürüb.
TASS-ın məlumatına görə, ələ keçirmə intizam komissiyasının iclasında baş verib.
Hücumda ən azı üç məhbus iştirak edib.
Məhkumlar tərəfindən yayılan videogörüntülərdə 3 nəfərin öldürüldüyü, bir nəfərin girov götürüldüyü görünür (bəzi mənbələrə görə bu, koloniyanın rəisidir).
Məhbuslar bıçaqla silahlanıb və özlərini “İslam Dövlətinin mücahidləri” adlandırırlar. Onların nə tələb etdiyi hələlik bəlli deyil.
Bir ay əvvəl də analoji vəziyyət Rostovdakı koloniyada baş vermişdi. Belə ki, ələkeçirmə islamçı məhbuslar tərəfindən həyata keçirilmişdi.
To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video