Silsilə oğurluqlar edən qadınlar saxlanıldılar
İstanbulun Beyoğlu şəhərindəki ticarət mərkəzindəki mağazaya girən 3 qadın, turistin çantasını oğurlayıb. Oğurluq anları təhlükəsizlik kamerasına saniyə-saniyə əks olunub. Şübhəlilərin daha əvvəl 368 oğurluq cinayəti olduğu öyrənilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə bazar günü, avqustun 18-də Beyoğluda ticarət mərkəzinin içərisindəki mağazada baş verib. Əldə edilən məlumata görə, Bəhreyn əsilli Noof Muhamed A. Salman adlı qadın turist alış-veriş edərkən çantasını uşaq arabasında qoyub.
Sultan Özmut, Yağmur Özmut və Gül Titizler adlı çarşaflı üç qadın alış-veriş bəhanəsi ilə mağazaya girərək çantanı uşaq arabasından oğurlayıblar. Polis taksiyə minərək qaçmağa çalışan 3 şübhəli qadını saxlayıb.
Araşdırma zamanı Sultan Özmutun 77, Yağmur Özmutun 63, Gül Titizlerin isə oğurluq hadisəsi ilə bağlı 228 cinayət qeydinin olduğu öyrənilib.
Qadınlar haqqında istintaq başladılıb.