EN

Holberton School Azərbaycanda Yeni Kohort dalğası başladı!®

“Holberton School” Amerikanın Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla tanınan və innovativ tədris metodologiyaları ilə diqqət çəkən bir təhsil müəssisəsidir. “PAŞA Holding” Şirkətlər Qrupunun təqaüd proqramı ilə Azərbaycanda fəaliyyət göstərən Holberton School, gənclər və karyera dəyişdirmək istəyən mütəxəssislər üçün geniş imkanlar təqdim edir.

Holberton School-un tədris metodologiyası, müasir təhsil yanaşmalarını özündə birləşdirərək, tələbələrin müxtəlif layihələr üzərində komanda şəraitində işləməsi, qarşılıqlı öyrənmə üsuluna əsaslanaraq kollektiv hədəflərə çatmağa çalışması və bir-birini öyrədərək müzakirələr aparması ilə zənginləşdirilmiş təhsil prosesi vasitəsilə texniki biliklər əldə etmələrini təmin edir. Bu metodologiya, həmçinin, tələbələrə liderlik, problem həll etmə və effektiv ünsiyyət kimi yumşaq bacarıqların inkişafını dəstəkləyən əhatəli bir təhsil təqdim edir.

Holberton School Azərbaycan, tələbələrin daha geniş mütəxəssis bazasına daxil olmalarını təmin etmək üçün yenilikçi proqramlar təqdim edir. Bu proqramlar arasında, "Front-end" və "Back-end" proqramlaşdırmanı öyrənmək imkanı mövcuddur. Məqsəd iştirakçıları qısa müddət ərzində əhəmiyyətli peşəkar irəliləyişə hazırlamaqdır. Bu proqramlar, İT sahəsində uğur qazanmaq istəyənlər üçün idealdır.

Yeni kohort ilə əlaqədar olaraq, “Holberton School Azərbaycan” Paşa Holding təqaüdü ilə tələbələrə maliyyə baxımından daha əlçatan olmaq məqsədilə əhəmiyyətli təqaüd imkanları təqdim edir ki, bu təqaüd proqramı çərçivəsində tələbələrə ümumi təhsil haqqının 80 %-i təqaüd şəklində təqdim edilir. Təqaüdün qalan 20 %-i isə daha əlçatan bir ödəniş planı ilə təmin edilir, bu məbləğ aylıq hissələrə bölünərək ödənilə bilər ki, tələbələr maliyyə yükünü daha rahat şəkildə idarə edə bilsinlər, beləliklə, təhsil proqramı geniş mütəxəssis bazası üçün daha əlçatan olur və tələbələrin təhsil haqlarını ödəməkdəki çətinlikləri azaldır.

Holberton School Azərbaycan, müasir tədris metodologiyaları və geniş təhsil imkanları ilə İKT sahəsində yüksək səviyyəli mütəxəssislər yetişdirmək məqsədini güdür. Tələbələrə təqdim edilən geniş imkanlar və təqaüd proqramları ilə Holberton School, karyera inkişafını dəstəkləyir və texnologiya sahəsində liderlər yetişdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
7
valyuta.az

8Sources