AZ

Lənkəran Dövlət Universitetinin məzunları iş tapa bilir? - ARAŞDIRMA

Qəbul imtahanları yaxınlaşdıqca abituriyenlər universitet seçimləri ilə bağlı araşdırmalar aparır, müxtəlif məsləhətlər alırlar. Universitet seçimi zamanı nəzərə alınmalı olan faktorlar arasında həmin ali təhsil ocağının məzunlarının əmək bazarındakı yeridir.

 

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2021-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən 10-dan çox universitetin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.

 

Qeyd edək ki, platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.

 

Modern.az ayrı-ayrı universitetlər üzrə məzunların əmək bazarında yeri barədə araşdırma aparır. Bundan əvvəlki araşdırmalar Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Texniki Universitetinin (AzTU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), Sumqayıt Dövlət Universitetinin (SDU) məzunlarına həsr olunub.

 

Bu yazıda Lənkəran Dövlət Universitetinin (LDU) məzunları araşdırılır. LDU Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli 319 saylı qərarı ilə Bakı Dövlət Universitetinin Lənkəran filialı kimi açılıb, Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı sərancamı ilə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının ilk Dövlət statuslu ali məktəbi kimi fəaliyyətə başlayıb.

 

“Məzunların məşğulluq reytinqi” platformasında qeyd olunur ki, 2018-2021-ci illərdə LDU-dan 2000-dən çox tələbə məzun olub, onların 54.8 faizi işlə təmin olunub.

 

2018-2021-ci illərdə qeyd olunan universitetdən ən çox məzunu olan ixtisaslar aşağıdakılar olub:

 

Riyaziyyat və informatika müəllimliyi – 208 nəfər (onlardan 45 faizə yaxını, 93 nəfəri iş tapıb)

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 198 nəfər (onlardan 51 faizi, 101 nəfəri iş tapıb)

İqtisadiyyat  – 196 nəfər (onlardan 52 faizdən çoxu, 102 nəfəri iş tapıb)

İbtidai sinif müəllimliyi  – 193 nəfər (onlardan 40 faizə yaxını, 76 nəfəri iş tapıb)

Mühasibat uçotu və audit – 187 nəfər (onlardan 62 faizdən çoxu, 117 nəfəri iş tapıb)

Maliyyə – 163 nəfər (onlardan 57 faizdən çoxu, 94 nəfəri iş tapıb)

Tarix və coğrafiya müəllimliyi – 138 nəfər (onlardan 61 faizdən çoxu, 85 nəfəri iş tapıb)

Xarici dil müəllimliyi (ingilis dili) – 111 nəfər (onlardan 60 faizdən çoxu, 67 nəfəri iş tapıb)

Biznesin idarə edilməsi – 79 nəfər (onlardan 53 faizdən çoxu, 42 nəfəri iş tapıb)

Kimya və biologiya müəllimliyi – 75 nəfər (onlardan 66 faizdən çoxu 50 nəfəri iş tapıb)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
7
modern.az

9Mənbələr