Bakı. Trend:
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 361,3 milyon ABŞdolları təşkil etmiş xarici dövlət borcunun 86,8 %-i elə dollardaolub.
Trend bu barədə MaliyyəNazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borcun tərkibində avro 6 %, yapon yeni 3 %, digərvalyutalar 0,6 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi BorcalmaHüquqları) isə 3,6 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borcməbləğinin 48,4 %-ni, sabit dərəcə ilə olanlar isə 51,6 %-ni təşkiledib.
Xarici dövlət borcunun 42,1 %-i 5 ilə qədər olan müddətdə, 49,1%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 8,7 %-i isə 10 ildən yuxarıolan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun 64,2 %-i çoxtərəfli maliyyə institutlarıüzrə, 25,9 %-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 9,9%-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlərüzrə öhdəliklərin payına düşüb.
Xarici dövlət borcunun 25,9 %-i avrobondlar üzrə, 35 %-i Asiyaİnkişaf Bankı üzrə, 16,7 %-i Dünya Bankı üzrə, 22,4 %-i isə digərkreditorlardan cəlb edilmiş öhdəliklər olub.
Xarici dövlət borcunun 40,6 %-i büdcə kəsirinin bağlanılmasıüzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 59,4%-i isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqramvə layihələr üzrə cəlb edilmiş öhdəliklər olub.