EN

Əli Məsimlinin Qax rayonunda görüşləri davam edir 

Avqust ayının 22- də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qax rayonunun Ağyazı, Qaradolaq və Cəlayır kəndlərində yaşayan seçicilərlə görüş keçirib.

 


Modern.az xəbər verir ki, Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi şəhid məzarları ziyarət edildi.

 


Əli Məsimli platforması barədə məlumat verdi. O, bildirdi ki, hazırda Azərbaycanda qarşıya qoyulan əsas hədəflərdən biri qeyri-neft sektorunda həm idxalı əvəz edən məhsulların payının artırılması, həm də bu sektorun ixrac imkanlarının genişləndirilməsidir. Son illərdə bu istiqamətlərdə görülən işləri dəyərləndirilməklə qeyd etmək lazımdır ki, görüləsi işlər hələ də çoxdur.

 

Buna daha geniş miqyasda nail olmaqdan ötrü islahatları genişləndirmək və dərinləşdirmək kontekstində, birinicisi müqayisəli üstünlük prinsipini nəzərə almaqla, ölkəmizdə texnoloji yeniliklərin tətbiqinin idxalı  əvəz edən mal və məhsulların istehsalının artırılması, ikincisi məhsulların keyfiyyətinin yüksəldilməsi və rəqabət qabiliyyətinin artırılması,üçücüsü işlək rəqabət mexanizmi vasitəsi ilə yerli məhsulların qiymətlərinin optimallaşdırılması və əhalinin əsas hissəsini ödəmə qabiliyyətli tələbi baxımından məhsul alışına əlçatanlığının təmin edilməsi istiqamətlərində əlavə təsirli tədbirlərin görülməsi çox vacibdir.

 


Görüşdə seçicilərin sualları və qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb və müraciətlər qeydə alınıb.

Chosen
136
20
modern.az

10Sources