EN

NATO Rusiya ilə sərhəddə zirehli briqada yerləşdirəcək

NATO Finlandiyanın Rusiya sərhədi yaxınlığındakı Mikkeli şəhərinə 4-5 min nəfərlik zirehli briqada yerləşdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “İltalehti” qəzeti məlumat yayıb .

“Finlandiya Müdafiə Qüvvələri və dövlət rəhbərliyi Finlandiyanın NATO ölkələrindən olan hərbçilərin Finlandiya torpaqlarında olmasına ehtiyacı olduğu qənaətinə gəliblər”,- qəzet yazır.

Bununla da  Finlandiya və İsveç tezliklə NATO-ya daxil olacaqlar. NATO bunu Rusiyanın əsas təhlükəsi hesab edib.

Bundan əvvəl məlum olub ki, Finlandiya Ukrayna münaqişəsi başlayandan sonra beş dəfə çox mərmi istehsal etməyə başlayıb. Ölkə həmçinin Kiyevi lazım olana qədər dəstəkləməyə hazır olduğunu bəyan edib.

Türkan İSGƏNDƏRLİ

Chosen
144
37
redaktor.az

10Sources