Günümüzdə dünyada ən çox alınıb-satılan məhsul avtomobildir desək, yanılmarıq.
Hafta.az-ın “Acea.auto”nun məlumatlarına istinadən yazdığına görə, son 6 ildə Avropa İttifaqına ən çox avtomobil ixrac edən ölkələr arasında Böyük Britaniya, Türkiyə və Yaponiya xüsusilə seçilir.
Aİ bazarına avtomobil satan ölkələrin siyahısına nəzər salaq:
1. Böyük Britaniya 3,8 milyon avtomobil, 2. Türkiyə 3,5 milyon avtomobil, 3. Yaponiya 3,1 milyon avtomobil, 4. Cənubi Koreya 2,4 milyon avtomobil, 5. ABŞ 1,8 milyon avtomobil, 6. Mərakeş 1,6 milyon avtomobil, 7. Çin 1,5 milyon avtomobil, 8. Meksika 1,2 milyon avtomobil, 9. Cənubi Afrika Respublikası 0,8 milyon avtomobil, 10. İsveçrə 0,3 milyon avtomobil.