Xəzərnews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kızılcahamam səmtinin Şahinlər məhəlləsi yaxınlığında olub.
Məlumata görə, əraziyə iki yanğınsöndürən helikopter yönəldilib. Alovun yayılmasının və ətraf məhəllələrə keçməsinin qarşısını almaq üçün qruplar yanğına havadan və qurudan müdaxilə edir.
Külək səbəbiylə alovların yayıldığı Dəmirlər kəndi ehtiyat tədbiri olaraq boşaldılıb.
.