AZ

Ankarada meşə yanğını:kənd boşaldılıb

Türkiyənin paytaxtı Ankaranın Kızılcahamam səmtinin Şahinlər məhəlləsi yaxınlığında meşə yanğını baş verib.

"İki sahil" bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, əraziyə iki yanğınsöndürən helikopter yönəldilib. Alovun yayılmasının və ətraf məhəllələrə keçməsinin qarşısını almaq üçün qruplar yanğına havadan və qurudan müdaxilə edir.

Külək səbəbiylə alovların yayıldığı Dəmirlər kəndi ehtiyat tədbiri olaraq boşaldılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
50
ikisahil.az

10Mənbələr