EN

Naxçıvanda 3500-dən çox uşaq birinci sinfə qəbul olub

Cari il mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların birinci sinfə elektron qəbulu prosesi davam edir.

Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən News365.az-a bildirilib ki, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində, həmçinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır. Bu günə qədər Naxçıvanda 2024-2025-ci tədris ili üzrə 3713 uşaq birinci sinfə elektron qaydada qəbul edilib.

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildirilir ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.


Chosen
105
49
news365.az

10Sources