Donahyu bazar günü ailəsinin əhatəsində ölüb; ölüm ağır xəstəlikdən sonra baş verib.
Onun yaratdığı şou ilk dəfə 1970-ci ildə yayımlanıb. O, bir vaxtlar televiziya üçün qadağan olunmuş mövzuları, o cümlədən irq münasibətləri və abort hüquqları ilə məşğul olub.
1979-cu ildə "People" jurnalı Donahyunun şousunu "Amerikalı evdar qadınlar üçün milli forum" adlandırıb. Roma-katolik tərbiyəsindən tez-tez danışan Donahyu katolik ruhaniləri tərəfindən uşaqlara qarşı cinsi zorakılıqları dilə gətirən və bu məsələyə milli diqqəti cəlb edən ilk televiziya aparıcılarından biri olub.
O, doqquz dəfə tok-şou aparıcısı kimi Emmy mükafatını qazanıb.
80-ci illərdə Donahyu Vladimir Poznerlə birlikdə ABŞ və SSRİ arasında telekörpülərə ev sahibliyi edib. Bu telekörpülər SSRİ-də qlasnostun yaranmasında mühüm rol oynayıb. 1985-ci ilin dekabrında sovet vətəndaşları televiziyada uzaq Sietldən olan əsl amerikalıların əsl leninqradlılara sual vermələrini və öz növbəsində onlara Amerikadakı həyat haqqında soruşduqlarını görüb.
Telekonfranslar amerikalılara və sovet vətəndaşlarına bir-birinin gözlərinin içinə baxmaq və bir-birinin həqiqi səsini eşitmək imkanı verib.
visiontv.az