AZ

Tanınmış professor vəfat etdi

Tanınmış tarixçi, şair, şərqşünas və tərcüməçi Şahin Fazil vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, mərhum professor 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tarix elmləri doktoru Şahin Fazil oğlu Fərzəliyev 27 mart 1940-ci ildə anadan olub.

1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1964-cü ildə fərqlənmə diplomu ilə oranı bitirib. O, 1963-1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966-1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968-1970-ci illərdə yenə Əfqanıstanda tərcüməçi vəzifəsində fəaliyyət göstərib. 1970-1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edib, 1974-1978-ci illərdə bu İnstitutun "Orta əsrlər tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışıb, 1978-1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləyib, 1983-1985-ci illərdə institutun baş elmi işçisi olub, 1985-1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirib. Vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işini davam etdirib.

200-dən çox çapdan çıxmış elmi əsərlərin müəllifi olub. 2016-cı ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları, AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
50
milli.az

10Mənbələr